Kamala Harrisin seçki kampaniyası üçün 1 milyard dollardan çox ianə toplanıb
ABŞ Demokratlar Partiyası, Prezident Co Baydenin prezidentliyə namizədlikdən geri çəkilməsindən sonra vitse-prezident və ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki kampaniyası üçün 1 milyard dollardan çox ianə toplayıblar. AYNA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Prezident Bayden iyulun 21-də yarışı tərk edəndən və Harrisin namizədliyi təsdiqləndikdən sonra demokratik fandreyzinq platforması olan “ActBlue” 1 milyard dollardan çox vəsait toplayıb.