Dəhliz uğrunda döyüşlərdə yaralanan qazimiz – <font color=red> FOTO</font>

Cəmiyyət

20.12.2020 - 13:03

Yusif Nəsibov Cəbrayıl, Qubadlı rayonlarının, Güləbürd kəndinin işğaldan azad edilməsində böyük sücaət göstərib

 

44 günlük Vətən müharibəsində döyüşlər zamanı yaralanaraq qazi olan igidlərimizdən biri də Yusif Nəsibovdur.

 

AYNA xəbər verir ki, 12 oktyabr 2000-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olan Y.Nəsibov bu il sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüşlərə atılıb.

 

Qəhrəmanımız cəbhənin ön xəttində döyüşüb, Cəbrayıl, Qubadlı rayonlarının, Laçın rayonunun Güləbürd kəndinin işğaldan azad edilməsində böyük sücaət göstərib.

 

Oktyabrın 24-ü 2020-ci ildə, Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı düşmənin minamyot atəşi nəticəsində ayağından yaralanıb. Ayaq nahiyyəsindən ağır yara alan qazimizin müalicə prosesi davam etməkdədir.

 

Y.Nəsibov torpaqlarımızın işğaldan azad edilməsində xidməti olduğundan fəxr hissi keçirir.  

Müəllif: Ayna.az