Daxili İşlər Nazirliyi Xankəndi ilə bağlı məlumat yaydı

Xəbərlər

01.04.2024 - 13:40

cedabet dərman SEO Xidməti

Şəhərdə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, dörd qumbara, iki qumbaraatan, beş süngü bıçaq bir alışdırıcı, 75 patron darağı, 1 870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, bir tapança, iki patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi Xankəndi ilə bağlı məlumat yaydı
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş