Dava qanla bitdi: Bakıda gənc ürəyindən bıçaqlanıb

Hadisə

06.05.2022 - 08:39

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakının Səbail rayonunda bıçaqlanma baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə 20-ci sahə kimi tanınan ərazidə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Həbiyev Kamran Zaur oğlu rayonların birindən Bakıya gələrək Azər adlı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o bıçaqlanıb.

O, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxsin axtarışları davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş