Daşkəsəndə evdə yanğın olub

Hadisə

13.05.2024 - 15:26

Evin qalan hissəsi yanğından mühafizə olunub

Daşkəsən şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş