Daşkəsəndə 2 mərtəbəli evdə yanğın olub

Xəbərlər

10.01.2024 - 16:54

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Daşkəsəndə evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Daşkəsən şəhərində bir dam altında tikilən, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində iki otağın tavanı 30 m² sahədə və pəncərə çərçivələri qismən yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş