Danimarkanın Baş nazirinə hücum olub

Dünya

08.06.2024 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Mette Frederiksen baş verənlərdən şoka düşüb

Naməlum şəxs Danimarkanın Baş naziri Mette Frederiksenə hücum edib. AYNA-nın "Ritzau" agentliyinə istinadən verdiyi xəbərə görə, hökumət başçısı paytaxt Kopenhagenin Kultorve meydanında olarkən bir nəfər yaxınlaşaraq onu vurub.

Hökumət Dəftərxanası qeyd edib ki, Mette Frederiksen baş verənlərdən şoka düşüb. Frederiksenin özü bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Polis hücumçunu saxlasa da, hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş