Danimarkalı diplomat beşinci dəfə Türkiyə XİN-ə çağırılıb

Dünya

24.08.2023 - 23:20

cedabet dərman SEO Xidməti

Qurani-Kərimin təhqir olunmasına görə etiraz bildirilib

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AYNA TASS-a istinadən xəbər verir ki, danimarkalı diplomata ölkəsində Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.

Qeyd edək ki, bu, həftə ərzində Danimarka təmsilçisinin çağırılması ilə bağlı beşinci haldır. Buna səbəb Kopenhagendə, o cümlədən Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunması istiqamətində davam edən aksiyalardır. Bundan əvvəl danimarkalı diplomat avqustun 18-də, 21-də, 22-də və 23-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş