Daha üç erməni hərbçisinin meyiti təhvil verilib

Xəbərlər

19.08.2021 - 23:31

Meyitlərin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq

 

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə AYNA Ermənistan mətbuatına istinadən xəbər verir.

 

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

 

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 645-a çatıb.

 
Müəllif: Ayna.az