Daha bir PKK terrorçusu məhv edilib

Dünya

15.01.2024 - 15:19

Hülya Mercen zərərsizləşdirilib

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı uğurlu əməliyyat keçirib.

Qeyd olunub ki, İraqın Metina bölgəsində keçirilən əməliyyatda terror təşkilatının yüksəkrütbəli üzvü hesab edilən Hülya Mercen zərərsizləşdirilib.

Qeyd edək ki, həmin ərazidə bir neçə gün öncə doqquz əsgər şəhid olmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş