Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı

Dünya

25.02.2020 - 03:16

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.

 

Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş