Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlanıb

İdman

13.05.2020 - 03:46

Həkimlər Klinikalar SEO Xidməti

Oyunlar azarkeşsiz keçiriləcək

 

Çexiya Peşəkar Futbol Liqasının rəhbərliyi ölkə çempionatını bərpa etməyi qərara alıb.

 

AYNA-nın məlumatına görə, yarış mayın 23-də qaldığı yerdən davam edəcək. Oyunlar azarkeşsiz keçiriləcək.

 

Fortuna Liqadakı 16 klubdan 13-ü mövsümün bərpası və iyulda başa çatdırılması lehinə səs verib. "Karvina", "Opava" və "Zlin" isə buna qarşı çıxıb.

 

İlk oyun "Teplitse" və "Slovan" arasında olacaq. Çempionatın lideri 24 oyundan 58 xal toplayan "Slaviya"dır.

Müəllif: Ayna.az