Azarkeşlər ikinci hissədə iki qol görüblər
İtaliya A Seriyasında 28-ci turun mərkəzi qarşılaşması keçirilib. AYNA xəbər verir ki, “San-Siro” stadionunda “Milan””Roma”nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azarkeşlər ikinci hissədə iki qol görüblər. Matçın 76-ci dəqiqəsində Ante Rebiç hesabı açıb. Bundan 12 dəqiqə sonra “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Hakan Çalhanoğlu 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
İtaliya A Seriyasında ardıcıl ikinci qələbəsini qazanan “Milan” xal ehtiyatını 42-yə çatdıraraq turnir cədvəlində 7-ci yerini qoruyub saxlayıb. “Roma” isə 48 xalla 5-ci yerdədir.