Serxio Aquero: "Ən qısa müddətdə sağalmaq üçün həkimin dediklərini yerinə yetirirəm”
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə argentinalı hücumçu “Tvitter”dəki səhifəsində məlumat yayıb: “Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dediklərini yerinə yetirirəm”.
Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.