Səbəb kimi Qəzzadakı qarşıdurmalar əsas gətirilib
Cənubi Afrika bütün diplomatlarını Tel-Əvivdən çıxarmaq qərarına gəlib.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə buna səbəb kimi Qəzzadakı qarşıdurmaları əsas gətirib.
“Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib” , - deyə qərarda bildirilib.