Daha bir ölkə səfirlik əməkdaşlarını Kiyevdən çıxarır

Dünya

12.02.2022 - 03:44

Həkimlər Klinikalar SEO Xidməti

XİN: "Hərbi əməliyyat təhlükəsi artıb"

Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ukraynaya hər hansı bir səyahətdən çəkinməyi tövsiyə edib.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. 

“Nazirlik Ukraynaya hər hansı səfərdən çəkinməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya nəqliyyatı hələ də mövcud olduğu halda, indi oranı tərk etməlidirlər”, - deyə qeyd edilir.  

Bildirilir ki, 2022-ci ilin yanvarından Rusiya qoşunlarının Ukrayna sərhədlərinə yığılması hərbi əməliyyat təhlükəsini artırıb: “Bu artan təhlükə ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi səfirliyin əməkdaşlarının Kiyevdən çıxarılması barədə qərar qəbul edib. Səfirlik açıq qalır, lakin konsulluq xidməti göstərə bilməyəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş