Daha 35 ailə Füzuliyə köçürülüb

Xəbərlər

15.03.2024 - 14:59

cedabet dərman SEO Xidməti

Bu gün 153 nəfər Füzuli şəhər sakini öz yurduna qovuşub

Bu gün füzuliyə növbəti köç həyata keçirilib. AYNA xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundan, Sumqayıt şəhərindən, eləcə də Abşeron, Beyləqan, İmişlidən yola salınan köç karvanı Füzuliyə çatıb.

Bu gün 35 ailə olmaqla, 153 nəfər Füzuli şəhər sakini öz yurduna qovuşub.

Yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş