Qeydiyyata alınan subyektlər qida sahəsində fəaliyyət göstərirlər
“Yeyinti məhsulları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, avqustun 16-da qida məhsulları sahəsində fəaliyyət göstərən 31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən AYNA-ya verilən məlumata görə, həmin gün aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.