Atəşkəsdən sonra döyüş əməliyyatları zonasından 1485 erməni cəsədinin qalıqları tapılıb
Daha 106 erməni hərbçisinin meyiti Ermənistana verilib. AYNA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olmuş 106 erməni hərbçisinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.
Xəbərdə qeyd olunub ki, tanınmaz halda olan hərbçilərin cəsədlərinin qalıqları Füzuli, Hadrut və Cəbrayılda tapılaraq verilib.
Xəbərdə o da vurğulanıb ki, atəşkəsin bərqərar olmasından sonra son döyüş əməliyyatları zonasında aparılan axtarışlar zamanı 1485 cəsəd qalıqları tapılıb.