Hərbçinin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
AYNA xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyit Cəbrayılda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 681-ə çatıb