Ölənlər arasında Dağıstanın Şamil rayonunun rəis müavini də olub
Ukraynadan olan yaraqlıların Dağıstandan gələn humanitar karvanı atəşə tutması nəticəsində üç nəfər həlak olub. Ölənlər arasında Dağıstanın Şamil rayonunun rəis müavini də olub.
AYNA.AZ xəbər verir ki, bu barədə bölgə rəhbəri Sergey Melikov dekabrın 25-də özünün “Telegram” kanalında bildirib.
"Təəssüf ki, itkilər var - karvanın getdiyi Şamil rayonunun rəis müavini Maqomednabi Hacıyev və "Əli və Murad Özünümüdafiə" ictimai təşkilatının iki nümayəndəsi", - deyə paylaşımda bildirilib.
Karvanın digər üzvü də xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, iki yük maşını humanitar yardım daşıyırmış. Onlardan biri yolda təmir üçün dayanıb və bəzi insanları Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən xilas edib. Digər yük maşını və bir minik avtomobili dron atəşinə tutulub.