Dağıstanda atışma ilə nəticələnən kütləvi davada 4 nəfər yaralanıb

Dünya

28.02.2024 - 02:42

Yaralıların vəziyyəti barədə məlumat yoxdur

Dağıstanda qohumlar arasında kütləvi dava olub. AYNA xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Dava uzaq qohumlar arasında torpaq sahəsi üstündə baş verib.

Hadisədə bəzi şəxslər silah çıxararaq atəş açmağa başlayıblar.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, münaqişə zamanı dörd iştirakçı yaralanıb, onların vəziyyəti barədə məlumat yoxdur.

Hazırda hüquq-mühafizə orqanları faktı araşdırır.

Müəllif: Ayna.az