"Crossmedia.az" Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
"Crossmedia.az" “Media” rubrikası vasitəsilə ölkədə media sahəsində baş verən yenilikləri, islahatları və tendensiyaları izləyir. Portal media layihələri, keçirilən təlim və konfranslarla bağlı operativ məlumatlar təqdim edir. Bununla yanaşı, Mətbuat Şurası ilə əməkdaşlıq çərçivəsində media etikası, jurnalistikanın peşə standartları və informasiya təhlükəsizliyi mövzularında materiallar dərc olunur. Sayt həm ölkənin tanınmış jurnalistləri ilə müsahibələr apararaq medianın qarşısında duran çağırışları, peşə problemlərini və inkişaf perspektivlərini müzakirə edir.
Rubrikada həmçinin media qanunvericiliyi, rəqəmsal jurnalistika və sosial medianın təsiri kimi aktual mövzulara dair təhlillər yer alır. Portal bu istiqamətdə jurnalistikanın müasir mərhələsini və dəyişən media mühitini əks etdirən məzmun təqdim etməklə informasiya sektorunun inkişaf dinamikasını izləyir. Həmçinin sayt MEDİA İnkişaf Agentliyinin tədbirlərinin operativ şəkildə işıqlandırılmasına da diqqət edir.
Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.