“Crocus City Hall”da xilasetmə əməliyyatı başa çatıb

Dünya

24.03.2024 - 04:52

cedabet Klinikalar SEO Xidməti

Xilasedicilər dağıntılar altından terror qurbanlarından 133 nəfərin cəsədini çıxarıblar

Moskvada “Crocus City Hall”da terror aktı baş verən yerdə xilasetmə əməliyyatı başa çatıb, axtarışlar isə hələ də davam edir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından terror qurbanlarından 133 nəfərin cəsədini çıxarıblar. İndiyədək 50 qurbanın şəxsiyyəti müəyyən edilib.

“Qohumlar tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi davam edir. Xəstəxanalarda həkimlər 107 nəfərin həyatı üçün mübarizə aparır”, - deyə qubernator əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş