COVID-19 xəstəsinə cinayət işi açılıb

Xəbərlər

09.12.2021 - 12:32

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb

Şabran rayon sakini Dilrubə Pirməmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Təhqiqat araşdırması zamanı pandemiya qaydalarını pozub bu xəstəliyin yayılmasına real şərait yaradan həmin şəxs barəsində Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş