COVID-19-la bağlı bugünkü STATİSTİKA

Aktual

12.06.2023 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalan olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 858, hazırkı dövrədək isə 7 632 414 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş