COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Aktual

09.03.2022 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 214 min 614 təşkil edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 8 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 500, üçüncü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 817, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 214 614 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş