Hulusi Akar: “Sona qədər qardaşlarımızın yanındayıq”

Aktual

27.09.2020 - 14:19

“Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır”

 

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlama verib. Bu barədə AYNA qardaş ölkə mətbuatına istinadən məlumat verir.

 

Akar qeyd edib ki, ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlıların yanında olacaqlar: “Qardaşlarımızın yanında olacağıq. Ermənistanın xain hücumlarını qınayırıq”.

 

“Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır”, - deyə Akar vurğulayıb.

Müəllif: Ayna.az