Son sutkada koronavirus əleyhinə 35 926 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.