Bu gün səhərə olan məlumata görə, COP-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib
Bu gün səhərə olan məlumata görə, COP-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib.
AYNA xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova bildirib.
Baş icraçı deyib ki, bunların 2700-ə qədəri media nümayəndələridir: “Digərləri isə QHT-lər, müşahidəçi təşkilatların üzvləri, rəsmi nümayəndə heyətləri və digərləridir".