Con Bolton: “Tramp yenidən Prezident olarsa, ABŞ-ı NATO-dan çıxaracaq”

Dünya

05.04.2024 - 11:45

cedabet Klinikalar SEO Xidməti

“Tramp ilk səlahiyyət müddətində bu qərara doğru addımlar atıb”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçilərsə, ölkəsini NATO-dan çıxaracaq. AYNA xəbər verir ki, bu barədə Tramp Prezident olarkən ABŞ-ın milli təhlükəsizlik müşaviri olmuş Con Bolton “MeidasTouch” “YouTube” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Tramp ilk səlahiyyət müddətində bu qərara doğru addımlar atıb. Bu baxımdan Bolton ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasının Trampın ikinci dönəminin ilkin prioritetlərindən biri olacağını söyləyib.

Bundan əlavə, keçmiş müşavir bildirib ki, Tramp yenidən Amerika lideri seçiləcəyi təqdirdə ölkəyə düzəlməz ziyan vura bilər.

O həmçinin ABŞ-ın NATO-dan çıxmasının əleyhdarlarına Trampın diqqətini yayındırmaq üçün bir yol tapmağı tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş