“Prezident danışığında uzun fasilələr verir, arqumentləri müxtəlif formada təqdim edir, mövqeyini çatdırmaqda çətinlik çəkir”
Prezident Co bayden artıq Ağ Evdə ən uzun müddət işləyən siyasətçidir və ikinci müddətə ABŞ Prezidenti olmaq niyyətindədir. Amma son aylarda onunla qapalı görüşlərdə iştirak edən bəzi insanların fikrincə, Prezident bəzən özünü qəribə aparıb – danışığında uzun fasilələr verir, arqumentləri müxtəlif formada təqdim edir, mövqeyini çatdırmaqda çətinlik çəkir. Bu isə onun əqli cəhətdən sağlıq problemlərinin olduğunu göstərir. AYNA xəbər verir ki, bu barədə bir neçə ay ərzində bu mövzuda 45-dən çox insanla danışan “The Wall Street Journal” məlumat yayıb.
Ağ Ev Baydenin zəifliyi ilə bağlı bəyanatları siyasi opponentlərin hiyləsi adlandırır. Ağ Ev bildirir ki, ən son illik fiziki göstəriciləri onun Prezident vəzifələrini yerinə yetirməyə qadir olduğunu və əqli qabiliyyətini sınamağa ehtiyac olmadığını müəyyən edib.