CNN: Yəhya Sinvar atəşkəs istəyir

Dünya

12.08.2024 - 04:48

Həkimlər Klinikalar SEO Xidməti

İsrailin Baş nazirinin bu barədə nə fikirləşdiyi məlum deyil

Misir və Qətər vasitəçiləri İsrail tərəfini Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarın atəşkəs razılaşması istədiyi barədə məlumatlandırıblar. AYNA xəbər verir ki, bu barədə CNN İsrail mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Sinvar atəşkəslə bağlı razılaşma əldə etmək istəyir, lakin İsrailin Baş naziri Binyamin Netanyahunun bu barədə nə fikirləşdiyi məlum deyil.

CNN mənbələrindən biri vurğulayıb ki, İsrail Baş nazirinin nə istədiyini heç kim bilmir. O əlavə edib ki, Amerika tərəfi Qüdsə aydın şəkildə bildirib ki, regionda münaqişənin genişlənməsinin qarşısını almaq üçün atəşkəs sazişi bağlamağın vaxtı çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş