CNN: İran heç vaxt uranın zənginləşdirilməsini dayandırmayacaq

Dünya

20.04.2026 - 12:18

“İran hakimiyyəti uran zənginləşdirmə proqramını dayandırmağa razı olmayıb və heç vaxt da bunu etməyəcək”

ABŞ prezidenti Donald Trampın iddialarının əksinə olaraq, İran hakimiyyəti uran zənginləşdirmə proqramını dayandırmağa razı olmayıb və heç vaxt da bunu etməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Tehrandakı mənbə CNN-ə bildirib.

Mənbənin sözlərinə görə, İran bu cür təklifləri "heç vaxt qəbul etməyəcək".

Kanal öz mənbələrinə istinadən xatırladıb ki, ABŞ əvvəllər uranın zənginləşdirilməsində 20 illik fasilə təklif etmişdi, İran isə buna qarşı beş illik fasilə təklif etmişdi. Amerikalılar isə bunu rədd etmişdilər.

Keçən həftə Tramp “NewsNation”a müsahibəsində İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş