Çinin müdafiə naziri: “Ukraynadakı münaqişə siyasi həll ilə başa çatacaq”

Dünya

13.09.2024 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

“Danışıqlar yolu ilə siyasi nizamlanma ideyasının irəli sürülməsi Fələstin-İsrail və Ukrayna münaqişələrinin həllinin yeganə yoludur”

“Danışıqlar yolu ilə siyasi nizamlanma ideyasının irəli sürülməsi Fələstin-İsrail və Ukrayna münaqişələrinin həllinin yeganə yoludur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin müdafiə naziri Donq Jun Sianşan deyib.

“İstənilən münaqişənin son nöqtəsi sülh yolu ilə həlldir və biz danışıqlar masası arxasına nə qədər tez oturub danışmağa başlasaq, sülh bir o qədər tez gələcək. Və Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi kimi aktual məsələlər öz həllini tapacaq”, Çin Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Donq Jun qeyd edib ki, hazırda bir çox dövlətlər münaqişələrə son qoymaq və sülhü qorumaq üçün təşəbbüsləri irəli sürməyə çalışır və “bu baş verdikcə sülh yolu ilə həllə keçmək üçün hər zaman şans olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş