“Stoltenberq bəyanatlarında faktlara məhəl qoymayıb və Çinə hücum etmək üçün hər hansı səbəb axtarıb”
“NATO “Soyuq müharibə”nin yadigarıdır və düşərgə qarşıdurmasının məhsuludur”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cyan deyib.
Onun sözlərinə görə, uzun müddət NATO-nun baş katibi Yens Stoltenberq bəyanatlarında faktlara məhəl qoymayıb və Çinə hücum etmək üçün hər hansı səbəb axtarıb.
“Yöndəmsiz çıxışlar dünya ictimaiyyətinin sayıqlığını oyatmağa, NATO-nun “Soyuq müharibə”nin yadigarı, düşərgə qarşıdurması və blok siyasətinin məhsulu olduğunu tam sübuta yetirir. Həmçinin Alyansın qlobal sülh və sabitlik üçün hansı risk və çağırışlarla üz-üzə olduğunu göstərir”, – diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl NATO baş katibi Yens Stoltenberq Çinin NATO-ya yaxınlaşdığını və bunun “təhlükəli” olduğunu bildirib.