Çində zəlzələ olub: <font color=red> ölənlər var</font>

Dünya

19.05.2020 - 07:06

cedabet Klinikalar SEO Xidməti

Çinin Yünnan vilayətində baş verən zəlzələnin gücü 5 bal olub

 

Çinin cənub-qərbindəki Yünnan vilayətində baş verən zəlzələ nəticəsində 23 nəfər yaralanıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin yaydığı məlumatda bildirilir.

 

Qeyd olunub ki, yeraltı təkanlar 4 nəfərin ölümünə səbəb olub.

 

Zəlzələdən sonra yerli hakimiyyət orqanları tez bir zamanda xilasetmə əməliyyatları təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib. Təxliyə olunanların sayı barədə hələ məlumat verilməyib.

 

Xatırladaq ki, Çinin Yünnan vilayətində baş verən zəlzələnin gücü 5 bal olub. Yeraltı təkanlar Çiaocia dairəsində qeydə alınıb. Yeraltı təkanların ocağı yer səthindən 8 kilometr dərinlikdə olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş