3 şaxtaçı itkin düşüb
Çinin Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə Pekin vaxtı ilə saat 05:40-da Santao kəndində baş verib. Ərazidə qaya uçub.
Hadisə qaz sızması ilə müşayiət olunub.
Şaxtada axtarış-xilasetmə işləri başlayıb.
Hadisənin səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.