Çində dünyanın ən uzun sürətli yol tuneli açılıb

Dünya

26.12.2025 - 14:55

Tunel dağlıq ərazidə səyahət müddətini bir neçə saatdan 20 dəqiqəyə qədər azaldır

Çin hakimiyyəti Çinin şimal-qərbində yerləşən 22 kilometr uzunluğundakı avtomobil yolu tuneli olan Tianşan Şenqli tunelini rəsmi olaraq açıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin hökumətinin məlumatına görə, bu, dünyanın ən uzun sürətli yol tunelidir. Sincan Uyğur Muxtar Bölgəsində yerləşən bu tunel dağlıq ərazidə səyahət müddətini bir neçə saatdan 20 dəqiqəyə qədər azaldır.

Tunel eyni gündə açılan G0711 Urumçi-Yuli sürətli yolunun bir hissəsidir. Bu, şimal və cənub Sincandakı şəhər aqlomerasiyalarını birləşdirən, uzunluğu 324 kilometrdən çox olan əsas nəqliyyat arteriyasıdır. Tikintisi beş il davam edib və 46,7 milyard yuan (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə 6,63 milyard dollar) investisiya qoyulub.

Tunelin maksimum dərinliyinin 1,1 km olduğu bildirilir. Yüksək seysmik aktivlik və ekstremal hava şəraiti olan bir bölgədə yerləşən 16 qırılma zonasından keçir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş