Suyun səviyyəsi bəzi ərazilərdə isə 5 metr təşkil edib
Çinin Hubey əyalətində daşqınlar nəticəsində azı 21 nəfər həyatını itirib, daha 4 nəfər itkin düşüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Lülin şəhərində baş verib. Suyun səviyyəsi 3,5 metr, şəhərin bəzi ərazilərində isə 5 metr təşkil edib.
Daha əvvəl Meteoroloji Xidmət bildirmişdi ki, leysan yağışları cümə gününədək davam edəcək.
Bu ilin iyulunda Hubeyə qonşu olan Henan əyalətində daşqınlar nəticəsində 302 nəfər həlak olmuş, daha 50 nəfər itkin düşmüşdü.