Ölkədə 426 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində 22 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 359-a yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 297 xəstə sağalıb.
Ölkədə 426 aktiv koronavirus xəstəsi var ki, onlardan da 12-nin vəziyyəti ağır qiymətləndirilir.