Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb
Çin Xalq Respublikasında son 24 sat ərzində 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Yoluxanlardan on ikisi yeni simptomsuz daşıyıcıdır. Yoluxma faktları ölkə daxilində qeydə alınıb.
Çinə xaricdən gələn 1 692 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onlardan 1 632-si sağalıb, 60 nəfər isə həkim nəzarətindədir.