Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Dünya

20.12.2023 - 07:48

cedabet dərman SEO Xidməti

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.

Xatırladaq ki, 19 dekabr tarixində yerli vaxtla gecə saat 4-də Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş