Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Xəbərlər

20.02.2025 - 21:17

Həkimlər Klinikalar SEO Xidməti

Borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə, ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş