Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Xəbərlər

22.08.2024 - 11:22

cedabet dərman SEO Xidməti

Ötən gün 61 cinayətin üstünün açılması təmin olunub

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 152, o cümlədən borclu şəxs qismində axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş