Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Xəbərlər

03.08.2021 - 13:17

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub

 

Daxili İşlər Nazirliyi (DİN) avqustun 2-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 46 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirib.

 

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş