Çin Tokio hərbi məqsədlər üçün istifadə etmək niyyətində olarsa, Yaponiyaya ikili təyinatlı malların ixracına embarqo tətbiq edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Ticarət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazirliyin məlumatında deyilir: "Bütün ikili təyinatlı malların Yaponiya hərbi istifadəçilərinə, hərbi məqsədlər üçün və Yaponiyanın hərbi potensialının gücləndirilməsinə töhfə verən istənilən digər son istifadəçi məqsədləri üçün ixracı qadağandır".