Çin ruslar üçün vizasız rejimin müddətini uzadıb

Dünya

20.05.2026 - 15:13

Vizasız rejimi 31 dekabr 2027-ci ilə qədər uzadılıb

Çin hakimiyyəti rusiyalı turistlər üçün vizasız rejimi 31 dekabr 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. AYNA.AZ bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun “RİA Novosti” agentliyinə deyib.

Diplomat həmçinin Pekinin iki ölkə vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmaq üçün Moskva ilə birgə səylərini davam etdirməyə hazır olduğunu bildirib. O Rusiya vətəndaşlarının Çində 30 gün vizasız qala biləcəklərini xatırladıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşündə Çinlə vizasız rejimin davam edəcəyini bildirmişdi.

Çin 15 sentyabr 2025-ci ildən 14 sentyabr 2026-cı ilə qədər rusiyalı turistlər üçün vizasız giriş tətbiq edib. 1 dekabr 2025-ci ildə isə Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya vizasız girişinə icazə verən fərman imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş