“Pekin Ukrayna böhranının sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir”
Çin hakimiyyəti Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşü alqışlayır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.
“Çin Rusiya və ABŞ arasında təmasların davam etdirilməsini, onların ikitərəfli münasibətlərinin yaxşılaşdırılmasını və Ukrayna böhranının siyasi həllinin irəliləyişini alqışlayır”, o Amerika Prezidentinin məsələ ilə bağlı fikirlərini şərh edərkən deyib.
Çin diplomatı qeyd edib ki, “Pekin Ukrayna böhranının sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri dəstəkləyir”.