Dünya rəsmi Pekinin ittihamlara cavabını səbrsizliklə gözləyir
Çin prezidenti Si Tszinpin bu gün davam edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxış edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, Çin lideri qlobal karantin səbəbindən video bağlantı ilə keçiriləcək konfransın açılış mərasimində nitq söyləyəcək.
Dünya rəsmi Pekinin ittihamlara cavabını səbrsizliklə gözləyir. Çünki, son vaxtlar ABŞ başda olamaqla, bir qrup ölkə Çin və ÜST-ü dünyaya COVID-19-un yayılması barədə əvvəlcədən xəbərdarlıq etməməsi üçün tənqid edir.
Bu gün Çinin Xarici İşlər Nazirliyi bu ittihamla bağlı bəyanatla çıxış edib və bildirib ki, iddialara cavab olaraq istintaqın başladılması hələ tezdir.